“Bizim səhv etmək haqqımız yoxdur”.

24 Mart 2014 14:35 (UTC+04:00)

"Movqe.az" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Barselona futbol klubunun ulduz futbolçusu Lionel Messi söyləyib:

 

Onun sözlərinə görə,kataloniyalılar liderlikdən geri qalmaq niyyətində deyillər:

 

"Bu qələbə bizim üçün çox vacib idi. Biz nəinki müsbət nəticə əldə etdik, həm də əsil baxımlı futbol nümayiş etdirdik. Bununla belə Real üzərində qələbənin sevincinə çox vaxt ayırmamalıyıq. Barsa çempionluq yarışına geri döndü və geri çəkilmək niyyətimiz yoxdur".

 

Xatırladaq ki, İspaniya çempionatının 29-cu turunda Barselona Real üzərində 4-3 hesabla qələbə qazanıb.