Nokia Lumia Ərdoğanın yasağını heçə endirdi

24 Mart 2014 16:20 (UTC+04:00)

Dünyanın ən tanınmış sosial şəbəkələrindən biri olan Tvitterə Türkiyədən yasaq gəlməsi insanlar arasında böyük etirazla qarşılanıb. Lakin türklər Tvitterə girmənin yenə də bir yolunu tapıblar.

 

"Movqe.az " Axar.az-a istinadən xəbər verir ki, telefonun DNS parametrlərini ilə qurdalamaqla sosial şəbəkədən rahatca istifadə oluna bilir. Ancaq Nokia Lumia istifadəçiləri üçün heç buna da ehtiyac yoxdur.

 

Liv AY Dİ (Live ID) ilə Tvitter hesabını birləşdirməklə istifadəçilər asanlıqla öz hesabına daxil ola bilir.