Nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı

24 Mart 2014 17:30 (UTC+04:00)

Bakının əsas prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Heydər Əliyev prospektində bütün istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.


Qeyd edək ki, informasiya lövhələrinin quraşdırılması ilə əlaqədar paytaxtın Heydər Əliyev prospektində avtomobillərin hərəkətinə hissə-hissə məhdudiyyət qoyulmuşdu.(trend)