Keti Perinin klipi masonları ayağa qaldırdı – Foto/Video

24 Mart 2014 17:41 (UTC+04:00)

Amerikanın məhşur müğənnisi Keti Perinin "Qara at" adlı klipində maraqlı məqamlar var. Çox sayda mason rəmzlərinin nəzərə çarpdığı klipdə hətta müğənninin başındakı parikin üzərində belə, bu kimi rəmzlərə rast gəlmək mümkündür.

 

"Movqe.az" türk mediasına istinadən bildirir ki, masonların tək göz simvolları ilə bəzədilmiş sarayda Keti imperatriçədir və ona müxtəlif hədiyyələr gətirilir. İlk hədiyyə almazdır və almazı gətirən şəxsin üzərində "Allah" yazılı boyunbağı görünür. Keti onun hədiyyəsini qəbul etdikdən sonra həmin şəxsi boyunbağısı ilə birlikdə külə çevirir. Bu o deməkdir ki, Ketiyə dini inancları yox etməsi əmri verilib və o da əmri qəbul edib. Beləliklə, bir çox hədiyyə gəlir və Keti onları bəyənmir. Ən axırda isə ona piramida hədiyyə gətirilir və bu hədiyyəni gətirən şəxs özündən çox əmin görünür. Keti ayağa qalxır və məmnun halda ona tərəf gəlir. Piramidanın başında onun üçün ayrılmış bir boşluq var, oraya çıxır və qanadlanır.

 

Bu o anlama gəlir ki, müğənni onların dediklərini etdi, bununla da gücləndi, məşhurlaşdı... Amma bundan sonra ona bu gücü verən şəxsləri, yəni illuminatorları saymır. Çünki piramidanın üzərinə çıxıb qızıl qanadlarla uçub güclü olduğunu isbat etdikdən sonra müğənni bu hədiyyəni ona verən adamı itə çevirib qarşısında aşağılayır.