"Sərhəddimiz bir kilometr məsafədə pozulub"

24 Mart 2014 18:27 (UTC+04:00)

Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Türkiyənin sərhəddində vurulan Suriya təyyarəsi ilə bağlı maraqlı açıqlamalar verib.

 

"Movqe.az" Axar.az-a istinadən xəbər verir ki, Davudoğlu Türkiyə sərhəddinin 1 kilometr məsafədə pozulduğunu, bununla bağlı əllərində faktların olduğunu və Baş Qərargahın sərhəd pozuntusunu təsdiq etdiyini bildirib.

 

Davudoğlu Türkiyənin gücünün sülhə təminat verməsində olduğunu qeyd edərək, təyyarənin vurulmasını ölkədə keçiriləcək olan seçkiylə əlaqələndirlməsinə qarşı çıxıb.

 

Davudoğlu həmçinin bildirib ki, "Türkiyədən kənarda yerləşən Süleyman Şah Türbəsi ilə bağlı xüsusi komissiya yaratmışıq. Hər hansı torpağımıza hücum olacaqsa, bunun cavabı veriləcək"