Adalara sahib olan ulduzlar-SİYAHI-FOTOLAR

18 İyun 2012 18:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bəzi dünya ulduzlarının arzuları imkanları ilə üst-üstə düşür. Onlar hətta adalara sahibdirlər.


1. Marlon Brando film çəkilişi üçün yer axtarışı zamanı Fransada Tetiaora sahib olub. Onun fərdi adasının sahəsi 6 kvadrat kilometrdir.



2.Nikolas Keyc Baham adalarında Listz rifini 3 000 000 dollara alıb.



3. Conni Dep də Baham adalarına üstünlük verir. Ekzuma arxipelaqının bir hissəsini 3,6 milyon dollara alıb. Buradan, yer üzündə ən gözəl mərcan qayalıqlarını görmək mümkündür.



4. Aktyor Leonardo Di Kapriyo "Blackadore" rifini bütövlükdə 1,75 milyon dollara 2005-ci ildə alıb.



5. Növbəti adanın sahibi müğənni Selin Dion " Quebec" adasına sahibdir. Burada fransız üslubunda qala tikilib.



6. Aktyor Mel Qibson 2005- ci ildə Fici adalarının birinə sahib olub və bu, Gibsona 15 000 000 dollara başa gəlib.



7. Müğənni Riki Martin Braziliyanın Anqra-Dus -Reysa adasına 2008-ci ildə 8 000 000 dollara sahib olub.



8. Formula 1 yarışlarının iştirakçısı Mixayel Şumaxerə isə Dubayda süni ada şeyx Məhəmməd ibn Rəşid əl Maktoum tərəfindən hədiyyə olunub. Adanın  dəyəri 7 000 000 dollar həcmində qiymətləndirilir.



9. Aktyor Robin Uilyams isə Kolumbiyada bir ada almışdır.



10. Müğənni Şakira da Baham adalarında 700 kvadrat kilometr sahəsi olan adaya sahibdir və ada müğənniyə 16 000 000 dollara başa gəlib.



11. Baham adalarının növbəti vurğunu olan aktyor Eddi Merfi Xoruz rifini 2007-ci ildə 15 000 000 dollara alıb.



12.Baham adalarında " Muş"a sahib olan illuzianist Devid Koperfild aldığı adanı həftəsi 325 000 dollara icarəyə verir. Xatırladaq ki, bu ada ona 50 000 000 dollara başa gəlib.