Ağız yarası - ağız içərisində, yanaq və dodaq daxilində, dil üzərində, yumşaq damaqda, ağız boşluğunda, diş əti üzərində görülən solğun, sarı-qırmızı rəngdə olan və olduqca ağrılı xroniki yaralardır. Cəmiyyətin 18-20%-i az, ya da çox ağız yarası problemi ilə qarşılaşır. Qadınlarda daha tez-tez rast gəlinir.
Ağız yarasının yaranma səbəbini
müəyyən etmək üçün müxtəlif araşdırmalar edilmişdir. Ancaq ağız
yarasının meydana gəlməsini sürətləndirən və meydana gəlmə səbəbi
tam olaraq bəlli olmayıb.
Bu səbəblə ağız yarası meydana gəlməsini
sürətləndirən və yaxşılaşmasını gecikdirən faktorlardan bəhs etmək
mümkündür.
Ağız yarasının meydana gəlməsində hansı amillər
əhəmiyyətlidir?
Stress: İndiki vaxtda
miqren, yüksək təzyiq və qastrit kimi bir çox xəstəliyin səbəbləri
arasında qəbul edilən stress ağız yarasının meydana gəlməsinin ən
əhəmiyyətli səbəblərindən biridir.
Xanımlarda aybaşı öncəsi gərginlik ağız yarasının
meydana gəlməsini sürətləndirən faktorlardandır.
Yeməklər: Sitrus
bitkiləri, sirkə, turşu, kartof çipsləri, duzlu və ədviyyatlı
çərəzlər də ağız yarasının meydana gəlməsini sürətləndirən
əhəmiyyətli qidalardandır. Bunlarla yanaşı, bəzi insanlar üçün
allergik ola bilən quru buğda, çovdar, arpa, şokolad, fındıq, dəniz
məhsulları, soya, pomidor, badımcan, alma, əncir, pendir kimi
yeməklər də ağız yarasının meydana gəlməsini
sürətləndirir.
Zədə: Yanaq, dil, dodaq dişləmə, sərt yeməklər,
yumşaq olmayan fırçalyla diş yumaq və yaxşı adaptasiya olmayan
protezlər ağız yarasının yaranmasına səbəb olur.
Diş pastası: Diş
pastalarının təmizləmə xüsusiyyətini artırmaq üçün köpük quruluşu
olaraq tərkibinə qatılan "natrium lauryl sulhate" (SLS) ağız
boşluğu hüceyrələrinin dağıtmasını artıran kimyəvi maddədir. O bu
xüsusiyyəti ilə ağız yarasının meydana gəlməsinə səbəb
olur. Xüsusilə ağız yarası problemi
olan kəslərin istifadə edə bilməsi üçün indiki vaxtda tərkibində
daha az nisbətdə (% 1.25) SLS olan diş pastaları istehsal
edilir.
Bahçet
xəstəliyi: Genital xora, konyuktivit, retinit,
lokositoz kimi, bir çox sistemik əlamətlərlə yanaşı, ağız
içərisində təkrarlayıcı yaralarla özünü göstərən bir xəstəlikdir.
Bir çox bədxassəli xəstəliklərlə birlikdə də təkrarlayıcı yaralar
görünə bilər.
Digər səbəblər: B12
vitamini və dəmir çatışmazlığı, siqaret çəkmək, tütün çeynəmək kimi
vərdişlər yaraların meydana gəlməsinə səbəb olur.
Uçuqlar yayıla bilərmi?
Bəli, uçuqlar partladığı andan tam olaraq
keçdikləri ana qədərki müddət infeksiyanın yayılması üçün ən riskli
dövrdür. Bunlar yayıldığı üçün digər insanlara da keçə
bilər.
Qorunma göstərişləri:
Gözünüzü və dəri ilə örtülü olmayan bölgələrinizi
təmasdan qoruyun.
Uçuğu sıxmayın, qopartmayın.
Əllərinizi gözünüzə və digər insanlara dəymədən
əvvəl yuyun. Bütün bu tədbirlərə baxmayaraq bilməlisiniz ki,
"Herpes simpleks" virusu uçuq olmadan belə keçici ola
bilər.
Müalicə: Ağız
yarasının üstü virusa qarşı bir maddə ilə bağlanmalıdır. Məsələn,
5%-li asiklovir məlhəm bunun üçün istifadə edilə
bilər.