Göydələnin kənarında əlləri üstündə! (VİDEO)

25 Mart 2014 09:08 (UTC+04:00)
Böyük Britaniyadan olan ekstremal Skott Yanq Pekindəki 40 mərtəbəli binanın güncündə əlləri üstündə dik dayanıb. 

Movqe.az ans press-ə istinadən bildirir ki, britaniyalının bu tryuku Youtube kanalına yerləşdirilib. Tamaşaçıların daha çox şeylər görməsi üçün Yanq ayağının dabanına kamera yapışdırıb.

Bu 26 yaşlı britaniyalının ilk ekstremal əyləncəsi deyil. Yanq dünyanın bir neçə hündürmərtəbəli binalarının üstündə belə hərəkətlər edib. 

Həm də bunu təkcə hərəkətsiz vəziyyətdə etmir. Yanq "Hörümçək adam" filminin çəkilişlərində əlləri üstündə hərəkət edən motosiklın arxa oturacağında durub.