Depresiya və nevroza qarşı 5 həkim məsləhəti
25 Mart 2014 09:10 (UTC+04:00)
Əsəb pozğunluğu, depressiya, nevroz insanın bütün
orqanizminin zəifləməsinə, bir sıra xəstəliklərin baş qaldırmasına
səbəb olur. Movqe.az ans press-ə istinadən xəbər verir ki, həkimlər
əsəb pozğunluğu, depressiya, nevrozun qarşısını almaq üçün
aşağıdakı məhsullardan istifadə etməyi tövsiyə
edirlər:
1. Əsəb sakitləşdirici hesab olunan əvəzolunmaz B1
vitamini: qarabaşaq (qreçka) və yulaf sıyığı, çovdar
çörəyi.
2. Əsəbilik və yorğunluğun qarşısını almaq üçün
tərkibində B2 vitamini olan məhsullardan istifadə etmək lazımdır.
Məsələn, paxla, ispanaq, ərik və yumurtadan istifadə etmək olar.
Vitamin B2 tərkibli məhsullardan az istifadə edəndə halsızlıq və
tez-tez baş ağrıları olur.
3. Beyin əqli cəhətdən yorulanda yaddaş pozğunluğu
yaranır, əhval-ruhiyyə qəfildən pisləşir. Bu zaman B12 vitaminindən
faydalanmaq olar. B12 vitamini dəniz məhsulları, içalat (ürək,
böyrəklər, qaraciyər) və yumurtanın ağında daha
çoxdur.
4. Süd və süd məhsulları insanın sinir sisteminin
kalsium mineralı ilə möhkəmlənməsinə yaxşı kömək edir. Bu mineral
bədəndə çatışmayanda qıcolmalar baş verir.
5. Beynin yaxşı işləməsi və hormonal balansın
qorunması üçün yod əvəzolunmaz mineraldır. Bütün dəniz məhsulları,
dəniz kələmi yod ilə zəngindir. Dəniz kələmini sevmirsiniz? Problem
deyil. Qurudulmuş dəniz kələmini üyüdərək qəhvə kimi istifadə edə
bilərsiniz.