Hamilə qadını güllələdilər

25 Mart 2014 09:55 (UTC+04:00)
Venesuelanın paytaxtı Karakasda kütləvi aksiyalar davam edir. Movqe.az ans press-ə istinadən xəbər verir ki ,aksiya zamanı 5 aylıq hamilə qadın güllələnib. Hakimiyyət orqanlarının məlumatına görə, barrikada səbəbindən küçələrdən birində hərəkət dayandırılmışdı.

28 yaşlı qadın isə buna görə avtobusdan düşüb piyada yol ilə getməli idi. Elə bu anda qarnında körpəsi olan qadın gülləyə tuş gəlib. Hadisə polis tərəfindən araşdırılır. Bundan başqa ölkədə 1 nəfər hərbi qulluqçu da ölüb. 

Hərbçi Merida ştatında əsgərlərlə üsyançılar arasında gedən toqquşmada odlu silahdan açılan güllə ilə vurulub. 
Venesuelada hakimiyyətə qarşı fevralın ortasından başlayan aksiyalarda azı34 nəfər həlak olub.