Castin Biber rekord vurmaq istəyir (FOTO)

25 Mart 2014 11:00 (UTC+04:00)
Qalmaqalları əskik olmayan gənc müğənni Castin Biber daha bir qeyri-adi hərəkəti ilə gündəmə gəlib. Movqe.az ans press-ə istinadən xəbər verir ki, 20 yaşlı kanadalı məşhur müğənni Ginnesin rekordlar kitabına düşmək qərarına gəlib. 

Bunun üçün isə o təyyarədə tatuaj etdirib. Döymə prosesi o Panamadan Kanadaya uçan zaman həyata keçirilib.

Amerikalı döymə ustası Binq-Benq 12 kilometr hündürlükdə müğənninin bədənində bir necə döymə edib. Bütün proses anbaan lentə alınıb. Uçuş zamanı Castin Biberin bədənində xaç və "Forgive" (Bağışlamaq) sözü əks olunub. Az yaşı olmağına baxmayaraq bütün dünyada milyonlara pərəstişkar ordusu toplayan müğənni bu hərəkəti ilə rekordlar kitabınma düşmək istədiyini bildirib.

"Yeganə insanam ki, 12 kilometr hündürlükdə, uçuş zamanı bədənimə döymə vurdurmuşam. Bir daha ilk olmağı bacardım"-deyərək ifaçı fikirlərini bildirib.