“Saşka Belıy” öldürüldü (FOTO+18)

25 Mart 2014 11:05 (UTC+04:00)



Bu gecə Ukraynada "Sağ sektor"un tanınmış nümayəndələrindən olan Aleksandr Muzıçko qətlə yetirilib. Movqe.az ans press-ə istinadən xəbər verir ki, Rovenski prokurorluğu küçədə tapılan meyidin şəxsiyyətini araşdırarkən, müəyyən olub ki, öldürülən şəxs "Belıy Saşa" ləqəbilə tanınan Aleksandr Muzıçkodu. Onun üzərindən Aleksandr Muzıçkoya məxsus sənəd tapılıb.

Hadisə şahidlərinin verdiyi ifadəyə görə, onu sinə və qarın nahiyyəsindən "Makarov" markalı tapançadan güllələyiblər. Hadisə yerindən həmin silaha məxsus gilizlər tapılıb. Onun öldürülərkən paltarının cırıldığı da bildirilir.

Deyilənlərə görə, Aleksandr Muzıçkoya ilə birlikdə olan bir neçə nəfər də oğurlanıb. Hələlik həmin şəxslərin kimliyi məlum deyil.

Qeyd edək ki, "Saşko Belıy" internetdə yayılan videolardan sonra məşhurlaşıb. Videoların birində o, əlində silah Rovno Vilayət Şurasında çıxış edir. Digər videoda isə onun Rovno prokurorunu döydüyü görünür.

A. Muzıçko Çeçenistan müharibəsində çeçenlərin tərəfindən döyüşüb.