Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi olub
25 Mart 2014 12:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki ,bu gecə Azərbaycanda bir
neçə yanğın hadisəsi baş verib. ans press-in Fövqəladə Hallar
Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40
kv.m olan 2 otaqlı evin mətbəx, dəhliz və hamamının taxta
konstruksiyalardan ibarət tavanı 18 kv.m sahədə yanıb. Evin qalan
hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər
tərəfindən söndürülüb.
Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 6
kv.m olan hamamın tüstü bacasının ətrafı 2 kv.m sahədə yanıb.
Hamamın qalan hisəsi və bitişik tikililər yanğından mühafizə
olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən
söndürülüb.
Sumqayıt şəhərində vətəndaşa məxsus "Opel" markalı
minik avtomobilinin mühərrik hissəsi yanıb. Minik avtomobilinin
qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:51-də
yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şəki rayonunda vətəndaşa məxsus "VAZ" markalı
minik avtomobilinin salon hissəsi yanıb. Minik avtomobilinin qalan
hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:45-də
yanğınsöndürənlər tərəfindən söndürülüb.
Astara rayonu, Seləkəran kəndində (rayon
mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan
birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyası və ev əşyaları
yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 04:59-da yanğınsöndürənlər tərəfindən
söndürülüb.
İsmayıllı şəhərində vətəndaşa məxsus ümumi sahəsi
24 kv.m olan mağazanın tavanı 1 kv.m sahədə yanıb. Mağazanın qalan
hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:08-də
yanğınsöndürənlər tərəfindən söndürülüb.