MDB Baş Qərargah rəisləri Bakıya toplaşacaqlar

25 Mart 2014 12:13 (UTC+04:00)
Movqe.az ans press-ə istinadən  xəbər verir ki , Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ans press-ə verilən məlumata görə, ilk dəfə olaraq Azərbaycanda keçiriləcək iclas aprelin 7-8-də baş tutacaq.

Azərbaycan Silahlı Qüvvələrinin qarşısında beynəlxalq əməkdaşlıq üzrə duran əsas vəzifə respublikamızın strateji maraqlarına uyğun olaraq, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda hərbi əməkdaşlığın genişləndirilməsindən, bu əməkdaşlığın Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və prioritet vəzifələrinin yerinə yetirilməsi işinə töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, hazırda Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib.