Kim Çen In 26 yaşlı bacısını üzə çıxardı

25 Mart 2014 12:39 (UTC+04:00)
KXDR-in lideri Kim Çen In ilk dəfə kiçik bacısını, 26 yaşlı Kim E Conu ictimaiyyətə təqdim edib. Movqe.az ans press-ə istinadən xəbər verir ki, Şimali Koreyanın prezidenti bacısı ilə birlikdə "Moranbon" ansamblının konsertində iştirak edib.

Cənubi Koreya mətbuatı Şimali Koreya liderinin ailəsinin qatıldığı konsertin 22 martda Pxenyanda baş tutduğunu yazır. Kim Çen In öz arvadı ilə birinci sırada, bacısı isə ikinci sırada əyləşib.

Kiçik bacının son zamanlar liderə çox təsir göstərdiyi bildirilir. KXDR-in KİV-ləri onu "Əmək partiyasının açar işçisi" adlandırırlar. O, ordunun təchizatında cavabdehlik daşıyan şöbəyə başçılıq edir. Qeyri-rəsmi məlumatlara görə, Kim Çen Inın bacısı həmçinin qardaşının iş cədvəli, onun geyim stili və saç düzümünə görə cavabdehdir.

Kim E Con KXDR rəhbərliyində şimalikoreyalı liderin ilk qohumu deyil. Kim Çen Inın 65 yaşlı əmisi Çan Son Txeka Şimali Koreyanın siyasətində böyük təsir göstərə bilirdi. Lakin 2013-cü ilin dekabrında onu güllələdilər. Rəsmi məlumatlarda əminin dövlət vəsaitini dağıtmaqda ifşa olunduğu bildirilirdi.