Sevda Yəhyayeva həbsxanada (FOTO)

25 Mart 2014 13:00 (UTC+04:00)
Ədliyyə nazirliyi Penitensiar xidmətinin və Tərbiyə müəssisəsinin Himayəçilik şurasının təşkilatçılığı ilə 24 mart 2014-cü il tarixdə yeniyetmə məhkumların saxlanıldığı Tərbiyə müəssisəsində Novruz bayramı münasibətilə növbəti tədbir keçirilib. 

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ans press-ə verilən məlumata görə,tədbir çərçivəsində tanınmış incəsənət ustaları Sevda Yəhyayeva, Ruhiyyə Əliyeva və "DJ Çina"nın ifasında yeniyetmə məhkumlar üçün geniş konsert proqramı nümayiş etdirilmişdir. Bayram konserti yeniyetmələr tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbir iştirakçıları 4 saylı cəzaçəkmə müəssisəsində də olmuş, cəza çəkən, himayəsində azyaşlı uşaqları olan qadın məhkumlara baş çəkmiş, onlara bayram sovqatlarını təqdim ediblər. Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının sədri Xalidə Bayramova və Penitensiar xidmətin məsul əməkdaşları tədbirdə iştirak ediblər.