Gəncədə silahlı insident
25 Mart 2014 13:01 (UTC+04:00)
Ötən gecə saat 23 radələrində Gəncə şəhərində
silahlı insident baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən an
press-ə verilən məlumata görə, şəhərin I mikrorayonu ərazisində
1987-ci il təvəllüdlü Murad Nəbiyev 16 kalibrli ov tüfəngilə
1989-cu il təvəllüdlü Vüqar Qələndərovu
güllələyib.
Güllə Vüqar Qələndərovun ayağına dəyib. Onu ağır
yaralı halda xəstəxanaya yerləşdiriblər. Çoxlu qan itirdiyi üçün
Vüqar Qələndərovun vəziyyəti ağır hesab olunur. Hadisəni törədən
Murad Nəbiyev saxlanılıb. Onun aralarında şəxsi münasibətlər
zəminində Vüqar Qələndərovu vurduğu bildirilir.
Belə ki, onlar arasında əvvəllər də mübahisə olub.
Aralarında yaranan anlaşılmazlığı aydınlaşdırmaq istəyəndə Vüqar
Qələndərov söyüş söyüb. Bu səbəbdən tanışı onu güllələyib.
Saxlanılan Murad Nəbiyev tanışını öldürmək məqsədilə
güllələmədiyini deyib. Sadəcə onu qorxutmaq istəyib. Amma güllə ona
dəyib.
Faktla bağlı araşdırma aparılır.