Türkiyənin Suriyanı vurmaq hərbi planı açıqlandı

25 Mart 2014 13:11 (UTC+04:00)
"Əl Qaidə"yə bağlı IŞİD qruplaşmasının üzvlərinin Suriyadakı yeganə türk toprağı olan Süleyman Şah Türbəsi və Saygı Karakolunu işğal etməsinə qarşı Türkiyə Silahlı Qüvvələrinin həyata keçirəcəkləri hərbi plan açıqlanıb. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri gələcəkdə işğal edilə biləcək ərazilərinə görə, 3 fərqli hərəkət planı hazırlayıblar. Plana görə Türkiyənin birinci hədəfi Suriyanın hava qüvvələrini havadan bombardman edəcək. Daha sonra piyada qoşunların hərəkətə keçəcəyi bildirilir. Üçüncü mərhələdə isə helekopterlər dövrəyə keçəcək. 

Hesablamalara görə, Türkiyəyə məxsus hərbi təyyarələr 2 dəqiqə ərzində əməliyyat bölgəsinə gedəcək və 1,5 dəqiqə müddətində əməliyyatı tamamlayacaqlar. Həmçinin Diyarbakır vilayətindəki, F-16 tipli raketlərin 5 və ya 15 dəqiqə ərazində uçuş əmrini yerinə yetirmək üçün "scramble" vəziyyətində saxlandığı da məlum olub. 

Qeyd edək ki, IŞİD militanları Süleyman Şah Türbəsi üzərindən Türkiyə bayrağının aşağı salınması üçün 24 marta qədər vaxt vermişdilər. Əgər buna əməl etməsələr türbəni dağıdacaqlarını bəyan ediblər.