Bakıda bayram günlərində 258 sərxoş sürücü saxlanılıb
25 Mart 2014 14:05 (UTC+04:00)
Movqe.az ans press-ə istinadən xəbər verir
ki Bakıda bayram günləri 258 sərxoş sürücü yol polisi
tərəfindən saxlanılıb.
Bakı şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun ans press-ə verdiyi
məlumata görə, istirahət günlərində yol polisi sərxoş sürücülərə
qarşı reyd keçirən zaman təkcə 11-ci tağımı tərəfindən 161 sərxoş
sürücü barədə inzibati protokol tərtib olunub.
Yol polisi onu da əlavə edib ki, bayram günləri
paytaxtda 21 yol qəzası baş verib. Qəzalarda 3 nəfər ölüb, 36 nəfər
xəsarət alıb.
Qeyd edək ki, bu ilin yanvar ayının birindən
indiyə qədər 1908 sərxoş sürücü saxlanılıb.