Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb
25 Mart 2014 14:09 (UTC+04:00)
Movqe.az ans press-ə istinadən xəbər verir ki
, "Qanun" nəşriyyatına kəsilən 150 min manat məbləğində
cəriməyə görə "Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri
Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə
çağırılıb.
Bu barədə ans press-ə kitab mağazaları şəbəkəsinin
rəhbəri Nigar Köçərili özü məlumat verib. Onun sözlərinə görə,
"Qanun" nəşriyyatına kəsilən 150 min manat cərimə ilə bağlı həyata
keçirilən istintaq prossesində şahid qismində iştirak etmək üçün
"Ali və Nino"-nunu istintaqa çağırıblar: "Yəqin ki, bizi istintaqda
şahid qismində ifadə vermək üçün çağırıblar. Sorğu gəlmədiyi üçün
mən də istintaqa getmədim. "Qanun" nəşriyyatı" da vergi yoxlaması
ilə bağlı öz etirazını bildirir. Cəriməni ödəməyə də onların
imkanları yoxdur".
Qeyd edək ki, bir müddət bundan öncə "Ali və Nino"
kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər
Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.
Xatırladaq ki, Vergilər nazirliyi "Qanun"
nəşriyyatını cərimələyib. Aparılan Vergi yoxlamalarının nəticəsi
olaraq "Qanun" nəşriyyatı 150 min manat cərimə olunub. Vergilər
Nazirliyi, Vergi Cinayətlərinin ibtidai Araşdırılması
Departamentində İstintaq idarəsində cinayət işi
başlanıb.