Ayaqlarını bir milyona sığortalatdığı deyilir

25 Mart 2014 13:20 (UTC+04:00)

Adriana Lima, Türkiyədəki işini deyəsən çox sevib. Mövqe.az türk mətbuatına istinadən xəbər verir ki, model Türkiyədə daha əvvəl bir geyim markasının siması seçilib. Sonra isə bir neçə dəfə dəfə podiuma çıxıb. İndi isə məşhura daha bir reklam firmasının siması olmaq təklif olunub.


Xatırladaq ki, firmanın daha əvvəlki reklam üzü Badə İşçil olub. Reklam üzü olmaq üçün 250 min dollar aldığı

deyilən İşçilin ayaqları da əməkdaşlıq çərçivəsində 1 milyon dollara sığortalanmışdı. Limaya da bundan artıq sığorta haqqı verildiyi deyilir.