Sərxoş aktrisa taksiyə qusdu - fotolar
25 Mart 2014 13:33 (UTC+04:00)
Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay dünən gecə dostları ilə
Taksimdə bir məkanda əylənməyə gedib. Mövqe.az türk mətbuatına
istinadən bildirir ki, aktrisa əylənən zaman çox içki qəbul edib.
Sərxoş olan aktrisa dostlarının köməyi ilə taksiyə mindirilib.
Lakin özünü saxlaya bilməyən aktrisa elə taksidəcə qusub. Sürücüyə
avtomobilini təmizlətdirməsi üçün 5 lira verən aktrisa sürücünün
qəzəbinə tuş gəlib : " Sən avtomobilini 5 lirayamı təmizlətdirirsən
? Mənə niyə bu qədər az pul verirsən ? ".
Qeyd edək ki, sürücü aktrisanı evinə 500 metrə qalmış
avtomobilindən yerə endirib və məkan başına çatdırmayıb.

