Müğənni onu izləməyə gələn kütlə üzərinə tüpürüb - FOTOLAR

25 Mart 2014 14:01 (UTC+04:00)

Son zamanlar davamlı dil çıxarması, çılpaq klip çəkməsi və səhnədə qız rəfiqələri ilə qucaq rəqsi etməsiylə gündəmdən düşməyən 21 yaşlı müğənni Miley Kruz bu dəfə həddi keçib. Mövqe.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-lı müğənni indi də səhnədə tüpürmək qərarına gəlib. Müğənni "Bangerz" turu çərçivəsində, ölkəsinin Florida ştatının Tampa şəhərində verdiyi konserti zamanı onu izləməyə gələn sevənlərinin üzərinə tüpürüb. Əlindəki sudan içib, sonra kütlə üzərinə tüpürən müğənninin bu hərəkəti birmənalı qarşılanmayıb. 


Konsertdən fotoları Mövqe.az sizə təqdim edir :