Bakıda dəm qazından zəhərlənənlərin şok STATİSTİKASI
25 Mart 2014 14:41 (UTC+04:00)
Son 5 gündə Bakıda dəm qazından zəhərlənənlərin sayı açıqlanıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının
operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova
bildirib ki, son 5 gündə Bakının müxtəlif yerlərindən dəm qazından
zəhərlənməyə görə 34 nəfər müraciət edib və nəticədə 23 nəfər
Kliniki Tibbi Mərkəzin Tokisikalogiya bölməsinə
yerləşdirilib.Martın 20-də 7 nəfər müraciət edib və 5 nəfəri
xəstəxanaya yerləşdirilib. Həmçinin martın 21-də 8-4, martın 22-də
8-7, martın 23-də 5-3, martın 24-də 6 nəfər müraciət edib və
nəticədə 4 nəfər xəstəxanaya yerləşdirilib.