Söyüş üstündə güllələnmə
25 Mart 2014 15:06 (UTC+04:00)
Gəncə şəhərində yerli sakin söyüş üstündə bir nəfər tanışını
güllələyib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə,
hadisə ötən gecə saat 23:00 radələrində şəhərin I mikrorayonu
ərazisində baş verib. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü
Murad Nəbiyev 16 kalibrli ov tüfəngi ilə əvvəlcə havaya, sonra isə
şəhər sakini, tanışı 1989-cu il təvəllüdlü Vüqar Qələndərovun
ayaqlarına atəş açıb. V.Qələndərov hər iki budun dəlib keçən güllə
yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına
yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Gəncə
şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən
M.Nəbiyev saxlanılıb. O, ilkin ifadəsində V.Qələndərovun onun
ailəsinə qarşı nalayiq sözlər işlətdiyinə görə, silaha əl atdığını
bildirib. Faktla bağlı araşdırma aparılır.