Bulvardan Bakı sakinlərinə çox xoş sürpriz (FOTO)
25 Mart 2014 19:58 (UTC+04:00)
Movqe.az ans press- ə istinadən xəbər verir ki
,yaxın günlərdə Bakının Dənizkənarı Milli Parkında açıq hava
altında idman meydançası istifadəyə veriləcək. Dənizkənarı Bulvar
İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi
məlumata görə, idman meydançası gələn ayda
açılacaq.
İdman meydançası sakinlərin istifadəsi üçün pulsuz
olacaq. Meydançanın eni və uzunluğu 100 metrə yaxındır. Hazırda
meydançaya 10-dan çox idman avadanlığı gətirilib. İdman qurğuları
artıq bulvar ərazisində quraşdırılıb.
N.Məcidovun sözlərinə görə, idmanla məşğul olmaq
istəyənlər ilk öncə həkimlə məsləhətləşməlidir. Bundan sonra idman
meydançasına daxil olub, quraşdırılan avadanlıqlarla məşğul olmaq
mümkündür. Meydançadakı avadanlıqlardan fiziki qüsurlu insanlar da
istifadə edə biləcək. Onlar üçün də müəyyən şərait yaradılacaq.
Meydançaya 12 yaşından aşağı şəxslər
buraxılmayacaq.
Paytaxt sakinləri və əsasən də, gənclər bulvar
ərazisində pulsuz idman meydançasının fəaliyyətə başlamasını
səbirsizliklə gözləyirlər. Ərazidə velosiped sürən Hüseyn Qədirov
deyir ki, həvəskar idmançıdı. Lakin çox vaxt idman zallarında məşq
etməyə imkanı çatmır. İndi işləyəcək meydançada pulsuz məşq etmək
onun üçün göydəndüşmə olacaq.
"Bu meydançanın salınması gənclər üçün çox
yaxşıdı. Səbirsizliklə meydançanın açılacağı günü gözləyirik.
İnanıram ki, deyildiyi kimi idman meydançası pulsuz olacaq", - deyə
H.Qədirov bildirib.
Qeyd edək ki, idman meydançası Milli Olimpiya
Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə
salınıb.