25 Mart 2014 20:02 (UTC+04:00)
Movqe.az ans press-ə istinadən xəbər verir ki ,
epidemioloji xəstəliklərin daşıyıcılarının daha çox hansı
bölgələrdə yaşaması ilə bağlı Səhiyyə Nazirliyi açıqlama
verib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin
baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva
ans press-in suallarına cavab olaraq bildirib ki, son illər
infeksiya daşıyıcılığı əsasən B və C virus hepatitləri üzrə qeydə
alınır.
Onların aşkarlanması xüsusi müayinə üsulları ilə
həyata keçirilir. Afaq Əliyeva son zamanlar belə xəstəliklərin
artma səbəblərinə də aydınlıq gətirib.
Son zamanlar insanlar arasında daşıyıcılıq
hallarının artması laborator şəbəkələrinin genişləndirilməsi və
diaqnostika üsullarının keyfiyyətinin təkmilləşdirilməsi ilə izah
olunur. Daşıyıcılıq halları əsasən Bakı şəhərində daha çox aşkar
edilib.
Viruslu hepatitlərlə xəstələnmə 25-50 yaşlarda
daha çox təsadüf olunur.