Ukrayna millətçilərinin lideri öldürüldü

25 Mart 2014 22:00 (UTC+04:00)
Ukraynada ultra-millətçi lider Aleksandr Muziçko güllələnərək öldürülüb. Movqe.az ans press-ə istinadən xəbər verir ki , rəsmilər bunu xüsusi təyinatlıların əməliyyatı adlandırıb.


"Saşa Belıy" kimi tanınan Muzıçko polislə atışmadan sonra, qərbi Ukrayna şəhəri Rivnedəki kafedə ölüb. 

Cənab Muziçkonun güllələnməsindən bir neçə saat əvvəl Rusiya XİN başçısı Sergey Lavrovla ukraynalı həmkarı Andriy Deşçitsya arasında Krım üzrə diplomatik böhrandan sonra ilk danışıqlar aparılıb.

Ukrayna DİN başçısının müavini Vladimir Yevdomikov deyib ki, Muziçko "Sokol"un xüsusi təyinatlılarına atəş açandan sonra ölüb. Onlar siyasi lideri və onun həmkarlarını həbs etmək üçün kafeyə basqın ediblərmiş. Hakimiyyət Muziçkonu kriminal dəstə başçısı kimi təsvir edib.