Ən gözəl ayaqları olan 10 məşhur xanım
25 Mart 2014 22:13 (UTC+04:00)
Ən gözəl ayaqları olan dünya məşhurlarının
siyahısı açıqlanıb. Movqe.az ans press-ə istinadən xəbər verir ki,
həmişə gündəmdə olan Hollivud ulduzları, ifaçılar və aktrisalar
geyim tərzləri ilə yanaşı gözəl bədən quruluşları ilə diqqət
mərkəzində olublar.
VH1 telekanalı musiqi tarixinin ən yaxşı ayaqları
olan ulduzlarını seçib. Həmin siyahını sizə təqdim
edirik:
Belə ki, birinci yerdə müğənniliklə yanaşı
aktrisalıqla da məşqul olan Teylor Svift qərarlaşıb. İfaçı 2006-cı
ildən populyardır.
2-ci yerdə 74 yaşlı aktrisa, müğənni, rəssam,
bəstəkar Tina Törner dayanıb. 3-cü yerdə kolumbiyalı cazibədar
Şakira seçilib.
4-cü yerdə barbadoslu məşhur müğənni Rihanna
dayanıb. 5-də qalmaqallı ifaçı Mayli Sayrus, 6-cı yerdə Aziliya
Benks, 7-ci yerdə cazibədar bədən quruluşu ilə daim efirləri
bəzəyən Nikol Şerzinger, 8-ci yerdə isə ombasını sığortalandırmağı
ilə də gündəmə gələn məşhur müğənni Cennifer Lopez dayanıb. 9-cu
yerdə Keti Perri, sonuncu yerdə isə Kerri Andervud
qərarlaşıb.