Qoç - Günün ilk yarısında müsbət təmayüllərin
təsiri güclü olacaq. Vaxt pis keçmir. Bir sıra məsələlərin həllinin
öhdəsindən asanlıqla gələcəksiniz. Ən çətin problemlərin çözülməsi
zamanı standart düşünməyin. Yaxın ətrafınızdakı insanları yeni
ideyalar və dəqiq müşahidələrlə təəccübləndirə bilərsiniz. Maraqlı
işgüzar təklif alacaqsınız. Həmin təklifi qəbul etsəniz,
gəlirləriniz əhəmiyyətli dərəcədə artacaq.Günün ikinci yarısında
görüləsi işlər çox olsa da, dəyər verdiyiniz insanlarla ünsiyyət
üçün vaxt tapın. Emosiyalarınıza hakim olun.Ən xırda məsələlərə
görə qıcıqlanmayın. Əks halda mübahisə və münaqişələr istisna
deyil.
Buğa - Əvvəl başladığınız, yarımçıq qalan işləri başa vurmamış yeni
işlərə başlamayın. Yalnız belə olarsa, qarışıqlıq və problemlərin
qarşısını ala bilərsiniz. Yaşam arealı ilə bahəm, çalışdığınız
məkanda nizama və qaydaya nail olun. Kimsə sizi pedant saya bilər.
Amma məhz sizin detallara və xırdalıqlara diqqətiniz bir sıra
müşküllərin yaranmasına mane olacaq. Nüfuzlu insanlarla təmaslarda
diqqətli və təmkinli olun. Qürurlu davranın, sınmayın,
əyilməyin.Günün ikinci yarısında alış-veriş zamanı bədxərclik
etməyin. Bahalı əşyalar almağa dəyməz. Günün ikinci yarısında
sevdiyiniz insana xoş sürpriz etmək imkanını əldən verməyin.
Əkizlər - Günün müəyyən zamanlarında ciddi çətinliklər yaranacaq.
Buna rəğmən zaman ümumən uğurludur. Peşəkar fəaliyyət sahəsindəki
öhdəliklər və işlərin öhdəsindən yaxşı gələcəksiniz. Rəqiblərlə
bədxahlarınızı qabaqlamağa çalışın. Liderlik məziyyətlərinizi
parlaq şəkildə nümayiş etdirin. İşdə irəliləyə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə lider olun. Bu, fikir
ayrılıqları və ixtilaflara səbəb olmayacaq. Qərarlarınızın doğru,
ideyalarınızın yaxşı, planlarınızın isə həyata keçirilməyə layiq
olduğunu göstərin.Dəvət aldığınız toplantıda maraqlı tanışlıqlar
ola bilər.
Xərçəng - Səbrli, təmkinli olun. Soyuqqanlı davranın və bilin ki,
qarşınıza qoyduğunuz məqsədlərə dərhal çatmayacaqsınız. İşdə
ixtilaflar və ya problemlər yarana bilər. Planlaşdırılmış
görüşlərdən bəzilərini ertələmək, işləri təxirə salmalı
olacaqsınız. Təmkinli davransanız, bütün çətinlikləri dəf
edəcəksiniz. Üstəlik, yeni müttəfiqləriniz ola bilər. Onların
yardımları və dəstəyi ilə bədxahlarınızı üstələyəcəksiniz.Günün
ikinci yarısı insanların gur olduğu məclislərə və ya toplantılara
qatılmaq üçün əlverişli deyil. Asudə vaxtınızı ən yaxın insanların
əhatəsində keçirin.Səhhətinizə fikir verin. Kulinar
eksperimentlərdən imtina edin, adət etdiyiniz yeməklərə üstünlük
verin.
Şir - Günün ilk yarısında ehtiyatlı olun. Çətin, gərgin zamandır.
Bu yaxınlarda birgə fəaliyyətlə bağlı danışıb razılığa gəldiyiniz
insanlar sözlərinin üstündə durmayacaqlar. Hətta inanılmış
müttəfiqlər belə sizi pərişan edə bilərlər.Peşəkar fəaliyyət sahəsi
ilə bağlı mübahisələrə qatılmayın. Yalnız ciddi zərurət yaranarsa,
təşəbbüslə çıxış edin.Günün ikinci yarısında müsbət təmayüllərin
təsiri artacaq, situasiya yaxşılaşmağa başlayacaq.Axşam
saatlarınızı yaxınlarınızla, yaxud da sevdiyiniz insanla
keçirin.Ünsiyyət xoş hisslər yaradacaq.
Qız - Çox uğurlu gündür. Potensial sifarişçi, iş yeri sahibi ilə
görüş, müttəfiq və həmfikir axtarışları üçün pis gün deyil. Yeni
tanışlıq yaxın gələcəkdə sizə pozitiv emosiyalar bəxş edəcək.Günün
ikinci yarısında özünüzü rahat hiss edin. Xarici görkəminizə fikir
verin. Səfər, səyahət, gəzinti pis alınmayacaq. Axşam saatları
etiraflar üçün pis zaman deyil.Sevdiyiniz insanla təmaslarda
həssas, qayğıkeş olun.
Tərəzi - Narahatlıq və təlaş üçün heç bir real səbəb olmasa da bu
gün emosiyalarınız tarıma çəkilə bilər. Yaşananların səbəbi
emosional fonun qeyri-stabilliyidir. Məhz bu səbəbdən özünüzü əmin
hiss etmir, şübhəli davranır, ən xırda məsələləri ürəyinizə
salırsınız. Özünüzü ələ alın, situasiyanı obyektiv dəyərləndirin.
Aydın olacaq ki, gün o qədər də pis deyil.Günün ikinci yarısında
anlaşma və sövdələşmələrə varmaq, alış-veriş etmək olar. Maliyyə və
əmlak məsələlərinin həlli çətin deyil. Ailə büdcəsini məntiqlə
idarə etdirin. Yaxınlarınızla münasibətlərdə süni problemlər
yaratmayın. Sevdiyiniz insan sizi dəstəkləyəcək.
Əqrəb - Önəm verdiyiniz, vacib işləri günün ilk yarısında görün.
Məhsuldarlıq səviyyəsi məhz bu zaman daha yüksəkdir. Saatlar
keçdikcə işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. Süstlük və
tənbəlliyin öhdəsindən gəlin. Rutin, cari məsələlərin
reallaşdırılmasına diqqətlə yanaşın. Günün ikinci yarısı
maraqlarınızı və həyata baxışlarınızı bölüşən insanlarla ünsiyyət
üçün əlverişlidir. Dostlarla görüşlər pis keçməyəcək. Romantik
görüşləri unudun. Onlar sizin gözləntilərinizi
doğrultmayacaqlar.Axşam saatlarında xoş xəbər alacaqsınız.
Oxatan - Yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil. Adi
günlərdən fərqli olaraq çətinliklərin sayı çoxdur. Hətta ən adi
işləri sona çatdırmaqda problemlər yaranır. Bədxahlarınız
aktivləşəcək. Məqsədə doğru irəliləyişinizdə maneələr yaradılması
üçün hiyləgərliklər, intriqalar olacaq. Tələyə düşməmək üçün
ehtiyatlı və sayıq olun.Günün ikinci yarısında diqqətli olun. Yaşam
potensialının səviyyəsi aşağıdır. Adi günlərlə müqayisədə daha tez
yorulursunuz. Əhvalınız da korlana bilər. Maraqlandığınız və ya
sevdiyiniz işlə məşğul olsanız, neqativ emosiyaların öhdəsindən
gələ bilərsiniz.
Oğlaq - İşgüzar aktivliyiniz yüksək olmalıdır. İşdə ciddi uğurlara
nail olmaq, karyera müstəvisində irəliləmək imkanları var. Yaxın
ətrafınızdakı insanlarla münasibətlərdə sərinlik yaranarsa, onu
aradan qaldırın. Yeni müttəfiqlər və yardımçılar aramaq üçün
əlverişli gündür.Günün ikinci yarısında müstəqil çalışsanız, yaxşı
nəticələrə nail ola bilərsiniz.Yaxın gələcəklə bağlı ümumi planları
yaxınlarınızla müzakirə edə bilərsiniz. Kompromiss variant tapmaq,
tərəflərin hamısını təmin edəcək həlli aramaq olar. Axşam
saatlarını aktiv keçirin, fiziki iş və ya idmanla məşğul olun.
Dolça - Uğurlu və rəvan gündür. Peşəkar fəaliyyət müstəvisi ilə
yanaşı, şəxsi münasibətlərdə qarşınıza qoyduğunuz məqsədlərə çata
bilərsiniz. Dəyər verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat
yaratmaq üçün izafi səy göstərməyə dəyməz. Hər şey öz axarında
olmalıdır.Yeni münasibətlərə başlamaq üçün düşərli zamandır. Onlar
harmonik olacaq, sizi sevindirəcək. Günün ikinci yarısında səfər və
ya səyahət xoş təəssürat yaradacaq. Evdən uzaqda alış-verişin
nəticələri sizi sevindirəcək. Maliyyə fonu uğurludur. Yaxşı gəlir
əldə edə bilərsiniz.
Balıqlar - Uzunmüddətli və genişmiqyaslı işlərə başlamaq üçün əla
zamandır. Cəsarətli ideyanı reallaşdıra bilərsiniz. Uğura nail
olmağa yalnız əvvəllər yol verdiyiniz fəsadların aradan
qaldırılması, yanlışlıqların sonuclarının dezavuasiya olunması
maneçilik yarada bilər. Yeni tapşırıqlar və əlavə öhdəliklər peyda
olur. Narahat olmayın. İşə şövqlə başlayın. Aktiv, enerjili
olun.Günün ikinci yarısında maliyyə durumu yaxşılaşacaq.
Əhəmiyyətli gəlir əldə edə bilərsiniz. Alış-veriş pis olmayacaq.
Yaxınlarınıza hədiyyələr ala bilərsiniz.