Movqe.az ans press-ə istinadən xəbər verir ki ,1
saylı şəhər klinik xəstəxanasının cərrahiyyə şöbəsindən qaynar
xəttimizə gələn zəngin səbəblərini eşidəndə inana bilmədik. 9 yaşlı
uşaq nə az, nə çox düz 25 ədəd sellofan torba udub. Vaxt itirmədən
xəstəxanaya yollandıq. Əməliyyatı aparan həkimin sözlərinə görə,
xəstə Rafat Əkbərli Lənkəran rayon sakinidir. Və hadisə də elə
həmin rayonda baş verib. Daha sonra uşağın valideynləri onu
Lənkəran rayon xəstəxanasına aparıblar, ancaq həkimlər düzgün
diaqnoz qoya bilmədiyi üçün xəstə Bakıya
göndərilib.
Həkimin sözlərinə görə, artıq xeyli müddətdir ki,
uşaq bu cür polietilen torbaları yeyirmiş. Azyaşlının valideynləri
isə Rafat kəskin qarın ağrılarından şikayətləndikdə bundan xəbər
tutub. Əməliyyat 2 saat davam edib. Hazırda azyaşlı reanimasiya
şöbəsinə köçürülüb. Adil Hüseynovun sözlərinə görə, onun vəziyyəti
ağır stabil olaraq qalır.