Bakıda möhtəşəm sərgi keçiriləcək
26 Mart 2014 11:01 (UTC+04:00)
VIII Bakı Beynəlxalq "Motor şou" sərgisi mayda
keçiriləcək.
Movqe.az ans press-ə istinadən xəbər verir ki ,
Mayın 15-dən 17-dək Azərbaycanın avtomobil həvəskarlarının çoxdan
gözlədikləri VIII Bakı Beynəlxalq "Motor şou" ("BIMS 2014") sərgisi
keçiriləcək.
Xəzəryanı regionunun ən böyük avtomobil sərgisi
olan bu tədbir yerli və xarici avtomobil istehsalçılarını, habelə
avtomobil texnikası və komplektləşdiricilərinin dünyaca məşhur
brendlərinin distribütor və dilerlərini bir araya
gətirəcək.
Sərgi iştirakçıları arasında minik
avtomobillərinin istehsalında məşhur olan "Bentley", "Toyota",
"Lexus", "Volvo" və digər dünya istehsalçılarının distribütorları
da yer alacaq.
Motosiklet dilerləri isə "Aprilia", "Suzuki",
"Harley Davidson" və "Vespa" kimi dünya üzrə aparıcı
istehsalçıların modellərini təqdim edəcək. Kommersiya sektorunda
"MANN" və "HOVA" şirkətlərinin istehsalı olan traktorlar,
özüboşaldan yük maşınları və yarım-qoşqular nümayiş
etdiriləcək.
Sərgidə avto-hissələr, avtomobil yağları,
filtrlər, avtokosmetika və avtomobil kimyasına aid digər
məhsullarla bağlı tematik bölmə əhəmiyyətli yer tutacaq.