Obama: Krımı Rusiyanın hesab etmək hələ tezdi

26 Mart 2014 11:09 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama Haaqada keçirilən sammitdə bildirib ki, Krımın Rusiyaya keçməsi "həll edilmiş məsələ" deyil. Obama Krımın Rusiyaya keçməsi ilə barışmağın hələ tez olduğunu deyib. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, Krım Federasiyanın tərkibində dünya icmaiyyəti nümayəndələri tərəfindən qəbul edilmir. Buna görə də onun Rusiyaya birləşməsi qanuni xarak ter daşımır. 

Obama eyni zamanda qeyd edib ki, Krımdakı məsələnin Kosovodakı vəziyyətlə müqayisəsi ümumiyyətlə heç bir məna kəsb etmir. 

Ağ ev rəhbəri bildirib ki, Rusiya "ABŞ-ın milli təhlükəsizliyi üçün ilk təhlükə" deyil. "Məni hələ də nüvə silahının Manhettendə partladıla bilməsi fikri bundan daha çox narahat edir",- deyə o, Haaqada keçirilən sammitdə jurnalistlərə bildirib.