Rusiya Qarabağa müdaxilə edəcək?

26 Mart 2014 11:08 (UTC+04:00)
Nüfuzlu mətbu orqanı "The Washington Post"da regionda mövcud olan münaqişələr haqda məqalə dərc edilib. Movqe.az ans press-ə istinadən verdiyi xəbərə görə, dərc edilmiş məqalənin müəllifi beynəlxalq siyasət üzrə jutnalist Adam Teylordur. 

Məqalədə qeyd edilir ki, Rusiyanın Krımı zəbt etməsi unudulmuş bir həqiqəti aşkar edir: "Dünyada çox "boz zona" var və bu mübahisəli regionlar həyəcana səbəb olur. Çünki onların həll olunmamış statusu tez-tez münaqişə üçün qığılcım olur. İndi aydın olur ki, Krım Rusiyanın bir hissəsidir. Yeni "boz zona" isə qəzetlərin başlıqlarında yer alır. Bütün diqqət indi Ukraynaya yönəldilib. Bunu ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin generalı Filip Bridlav bildirib. O qeyd edib ki, Dnestryanı da yaxın vaxtlarda qaynar nöqtə ola bilər.

Dnestryanı yalnız Sovet İttifaqının dağılmasından sonra qalmış bir neçə "boz zona"dan biridir. Digər qaynar nöqtələr isə 1993-cü ildə Gürcüstandan qopmuş Abxaziya və Cənubi Osetiyadır. 1992-ci ildən başlayan bu münaqişə 2008-ci ildə Rusiya və Gürcüstan arasında qısa müharibəyə səbəb oldu. Dağlıq Qarabağ Azərbaycanın etirazlarına baxmayaraq 1994-cü ildən ermənilərin nəzarəti altındadır. Ermənistanda 102-ci Rusiya hərbi bazasının olması da çox şeydən xəbər verir. 

Bu regionda gərginlik neçə illərdir ki, qalır.