Bakının qaranlığındakı qəza 4 nəfəri ölümcül yaraladı

26 Mart 2014 11:07 (UTC+04:00)
Ötən gecə saat 23:45-də Bakının Xəzər rayonu ərazisində 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Movqe.az  xəbər verir ki , Rayon Polis İdarəsi 1-ci polis bölməsindən ans press-ə verilən məlumata görə, Mərdəkan qəsəbəsi ərazisində iki minik maşını toqquşub. Qəza nəticəsində 4 nəfər ağır yaralanıb.

Yaralılar 30 yaşlı Fuad Şahverdiyev, 25 yaşlı Alqayıt Rəhimova, 26 yaşlı Əziz Qurbanov, 22 yaşlı Vüsal Məmmədovdur. Yaralılar ağır halda 3 saylı Sabunçu rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların vəziyyətləri ağırdı.

İlkin ehtimala görə, hadisənin baş verməsinə avtomobillərin sürətlə hərəkət etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.