Azərbaycan Türkiyədən döyüş helikopterləri alır
26 Mart 2014 12:05 (UTC+04:00)
Azərbaycan Türkiyədən döyüş helikopterləri alacaq.
Movqe.az ans press-ə istinadən xəbər verir ki , bu barədə Türkiyə
müdafiə naziri İsmət Yılmaz açıqlama verib.
O, qeyd edib ki, Türkiyə Müdafiə Sənayesi
Nazirliyinin istehsalı olan döyüş helikopterlərinin Türkmənistan,
Azərbaycan, Qətər, Səudiyyə Ərəbistanı, Liviya və Tunisə satılması
nəzərdə tutulub.
"Adıçəkilən ölkələr də bu istiqamətdə müəyyən
fəaliyyətlər həyata keçirirlər. Türkiyəni nümunə götürən bütün
ölkələrə bu helikopterləri ixrac etməyi fikirləşirik. Hazırda
Liviya nümayəndələri ilə görüşlər aparırıq. İxrac etdiyimiz bu
məhsulları ilk olaraq Liviyaya satacağıq. Növbəti aydan etibarən
helikopterlərimiz Silahlı Qüvvələrimizin sərəncamına
veriləcək.Görək necə olacaq?", - deyə türk nazir
bildirib.