Bakı sakinlərinə xoş xəbər (FOTO)

26 Mart 2014 12:13 (UTC+04:00)
Bakının təmirə bağlanan əsas avtomobil yollarından biri açılıb. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ans press-ə verilən məlumata görə, Cəlil Məmmədquluzadə küçəsinin Hənifə Ələsgərov küçəsilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri yekunlaşıb.

Yekunlaşan təmir işlərilə əlaqədar bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Qeyd edək ki, həmin ərazidəki yol ötən həftə təmirə bağlanmışdı.