Xanəndəmiz festivalda uğurla çıxış edib (FOTO)
26 Mart 2014 13:15 (UTC+04:00)
Xanəndə Qocaq Əsgərov Texasın Austin şəhərində
keçirilən "Cənub-Qərb" festivalında çıxış
edib.
Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə
görə, Mədəniyyət və Turzim Nazirliyinin dəstəyi ilə baş tutan
yaradıcılıq səfəri uğurlu keçib. Xanəndəmizin Avropada konsertləri
ilə tanınması onu bir çox ölkə təmsilçilərindən fərqləndirib.
Ermənistanın da qatıldığı bu festivalda yalnız azərbaycanlı
musiqiçilərə 3 günlük konsert proqramı ayrılıb. Digərlərinin payına
bir gün çıxış etmək düşüb.Konsertlər Austin şəhərində fərqli
məkanlarda baş tutub.
Hər çıxışında repertuarı təkrarlamayan xanəndəni
tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran
Kərimov müşayiət ediblər. Bunun ardınca həmyerlilərimiz Texasa yol
alıb. Səfər Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən Azərbaycan
cəmiyyətində olublar. Cəmiyyətin sədri İradə Axundovanın dəvəti və
təşəbbüsü ilə orada yaşayan azərbaycanlılar üçün bayram konserti
təşkil edilib. Daha sonra İradə xanım heyəti dünyada məhşur olan
"Ağaxan" fonduna qonaq edib. Daha bir konsert isə fondun icması
üçün keçirilib.
Austindəki 3 günlük konsertini təsadüf hesab
etməyən Qocaq Əsgərov təəssüratlarından bizə
danışıb:
"Qeyd edim ki, bizi bu festivala Qlin Dolfi adlı
rejissor dəvət edib. O respublikamızda olub və istedadlı xanəndə,
musiqiçilər haqqında film çəkib. Məni bu festivala həmin şəxs dəvət
etdi. Sag olsun Mədəniyyət və Turiz Nazirliyi festivala
qatılmağımıza dəstək oldu. YUNESKO-nun eksperti, musiqişünas
Sənubər Bağırova isə həmişə olduğu kimi festivalla bağlı bütün
hazırlıqları öz çiynində daşıdı. Biz yola düşmədən əvvəl öyrəndik
ki, payımıza 1 yox, 3 konsert düşüb. Bunu təşkilat komitəsi mənim
Avropa ölkələrində ən prestijli konsert məkanlarnıda verdiyim
40-dan çox uğurlu konsertlərimə görə, eyni zamanda Avropada
tanındığım üçün etdiklərinin bildiriblər. Və bütün bu detalları
Sənubər xanıma çatdırırdılar. Festival möhtəşəm keçdi. İzləyicilər
bir-birindən gözəl ifaları dinləməklə yanaşı, çoxlu sayda qırıcı
təyyarələrin səmada festivalı tərənnüm edən yazıları əks
etdirməsinidə izlədilər".