Dəvə üzərində sənət əsəri - FOTOLAR

19 İyun 2012 11:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, hər il Hindistanın Bikaner şəhərində təşkil edilən dəvə festivalı minlərlə ziyarətçinin axınına uğrayır.

Dəvə yarışları, dəvə rəqsləri, yerli rəqs və melodiyaların iştirak etdiyi festivalda ən çox diqqəti çəkən nöqtələrdən biri isə dəvələrin tükləri kəsilərək üzərlərində yaradılan bir-birindən maraqlı motivlərdir.

Fotoqraf Osakabe Yasuo dəvə üzərində motivlərin yaradılmasının təxminən üç il davam etdiyini söyləyir. İlk iki il tüklərin uzanması, kəsilməsi və hazırlanmasına həsr olunur.

Daha sonra yarışma üçün təyin olunan motivlər tətbiq olunur və tüklər rənglənilir. Beləliklə, uzun bir müddətdən sonra təsir edici nəticələr əldə edilir.