İrandan Ermənistana gələn turistlərin sayı kəskin azalıb
26 Mart 2014 13:16 (UTC+04:00)
İrandan Ermənistana gedən turistlərin sayı kəskin
azalıb.
Movqe.az ans press-ə istinadən xəbər verir
ki ,bu barədə Ermənistanın yerli mətbuatı həyəcan siqnalı verir.
İrəvan və başqa şəhərlərə İrandan bu ölkəyə baş çəkməyə gələn
turistlərin sayında müşahidə olunan mənfi dinamika hər il
əhəmiyyətli dərəcədə artır.
İranlı turistlərə xidmət etməkdə böyük təcrübəyə
malik turoperatorlar isə təsdiq ediblər ki, bu il Novruz bayramı
zamanı İrandan İrəvana gələnlərin sayında kəskin azalma müşahidə
olunub.
Nəşrlərin yaydığı məlumatlarda qeyd olunub ki,
azalmalar hər şeydən əvvəl, İrəvanın çox bahalı şəhər olması ilə
əlaqədardır. Bundan başqa, iranlılar onlardan qeyri-qanuni gediş
haqqı tələb edən taksi sürücülərinin xidmətlərindən çox
narazıdırlar. Həmçinin kafelərdə, restoran və mağazalarda bahalıq
höküm sürür. Mehmanxanalarda isə qiymətlər kəskin qalxıb.
Qəzetlərdə həmçinin qeyd olunub ki, ölkənin biznes mühitində
minlərlə insan işsiz qalıb. Mütəxəssislərin fikirincə bu yay
mövsümüsündə də Ermənistana səfər edəcək turistlərin sayı heç vaxt
olmadığı kimi azalacaq.