Çirkli hava 7 milyon insanı öldürdü
26 Mart 2014 14:10 (UTC+04:00)
Dünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə görə,
2012-ci ildə havanın çirklənməsi nəticəsində dünyada 7 milyon insan
ölüb.
Movqe.az ans press-ə istinadən xəbər verir ki ,
araşdırma havanın çirklənməsi və ürək, respirator və xərçəng
xəstəlikləri arasında əlaqənin olduğunu
aşkarlayıb.
Qlobal miqyasda 8 ölüm halından biri havanın
çirklənməsilə əlaqədardır ki, bu da onu dünyanın yeganə ən
təhlükəli ekoloji səhiyyə riskinə çevirir, Dünya Səhiyyə Təşkilatı
bildirib.
"Havanın çirklənməsi təhlükəsi, xüsusilə də,
insult və ürək xəstəlikləri baxımından, əvvəl təsəvvür edildiyindən
daha böyük risk təşkil edir", Beynəlxalq təşkilatın nümayəndəsi
Maria Neira deyib.
Xanım Neiraya əsasən, dəlillər nəfəs aldığımız
havanın təmizlənməsi üçün müştərək addımlara ehtiyac olduğunu
göstərir və havanın təmizlənməsilə milyonlarla həyat xilas edilə
bilər.
Ölümlərdən 6 milyonu Şərqi Asiyanın cənub
bölgəsində və Sakit okean regionunun qərbində qeydə
alınıb.
Dünya Səhiyyə Təşkilatı ölümlərin əksər hallarının
aşağı və orta gəlirli bölgə ölkələrində baş verdiyini bildirərkən
qapalı və açıq məkandakı havanın çirklənməsinin təsirini də qeyd
edib.
Dünya Səhiyyə Təşkilatının ailə, qadın və uşaq
sağlamlığı departamentinin baş direktor müavini Dr Flavia Bustreo
deyir ki, evdə daha çox vaxt keçirən yoxsul qadın və uşaqlar, kömür
və odun hisilə daha çox təsirlənir və daxili və ümumi çirklənmədən
daha çox əziyyət çəkir.