Türkiyə Hərbi Hava Qüvvələrinə "vur" əmri verildi
26 Mart 2014 15:58 (UTC+04:00)
Suriya məxsus döyüş təyyarəsinin Türkiyə Hərbi
Hava Qüvvələri tərəfindən vurulduqdan sonra Türkiyə Silahlı
Qüvvələrinə yeni əmr verilib.
Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə
görə yeni əmrdə qeyd olub ki, türk hərbiçiləri Türkiyənin hava
səhədinin pozulması zamanı Ankara və hər hansı bir məkəzdən "vur"
əmrini almağı gözləməməlidirlər.
Türk Hərbi Hava qüvvələri ölkənin hər hansı bir
tərəfdən hava sərhədinin pozulması faktını aşkar etdikdə dərhal
hədəfi vurmalıdır. Verilən məlumata görə, artıq içərisi bombalarla
yüklənmiş Türkiyə Hərbi Hava Qüvvələri məxus F-16 tipli qırıcı
təyyarələr Suriyadakı yeganə türk toprağı olan Süleyman Şah
Türbəsini müdafiə etmək üçün havada dövrə
vururlar.
Qeyd edək ki, "Əl-Qaidə"yə aid IŞİD silahlıları
Süleyman Şah Türbəsi üzərindən Türkiyə bayrağının aşağı salınması
üçün 24 marta qədər vaxt vermişdilər. Əgər buna əməl etməsələr
türbəni dağıdacaqlarını bəyan etmişdilər.