Daha bir məşhur cütlük boşanır
26 Mart 2014 16:01 (UTC+04:00)
Son zamanlar məşhur cütlüklər arasında ayrılmaq və
ya boşanma halları çoxalıb.
Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə
görə, amerikalı aktrisa Qvinet Peltrou və britaniyanın rok qrupu
olan "Coldplay"ın solisti Kris Martinin boşanmaları barədə xəbər
yayılıb. Cütlük 10 ildən artıqdır ki, ailə həyatı sürməklərinə
baxmayaraq asanlıqla ayrılığa qərar veriblər. Məşhurların bu
ailəlikdən iki övladları var- 9 yaşlı qız övladı Eppl və 7 yaşlı
oğlan Mozes.
Qvinet və Kris ərizələrində bildiriblər ki, hələ
də bir birlərini sevirlər, amma bir ildir ki, aralarında yaranan
anlaşılmazlıq cütlüyü bu addımı atmağa vadar edib: "Ailəni qorumaq
üçün çox çalışdıq, amma alınmadı. Sonda qərara gəldik ki, ən
yaxşısı ayrılmağımızdır. Buna baxmayaraq biz hər zaman dost kimi
qalacağıq, ayrı yaşamağımız övladlarımızın da sağlam böyüməkləri
üçün xeyirdir. Aramızda olan anlaşılmazlıqlar iki övladlarımızın
psixikasına pis təsir edirdi"-deyərək sənətçilər fikirlərini
bildiriblər.


