Artıq xeyli müddətdir ayrılmaqlarına baxmayaraq
gənc müğənni Castin Biber keçmiş sevgilisi olan Selena Qomez barədə
danışmaqdan imtina edib.
Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə
görə, sosial şəbəkədə ifaçının maraqlı video görüntüləri yayılıb.
Kadrlarda müğənni mühafizəçisinin onun üstünə hücum etdiyini
bildirir, vəkili ilə söhbət edərkən paparazzilərin quraşdırdığı
kamera onu görüntüləyib.
Milyonlarla pərəstişkar toplayan 20 yaşlı Castin
söhbət əsnasında demək olar ki, vəkilinin heç bir sualını
cavablandırmayıb. Buna baxmayaraq ona Selena barədə sual verildikdə
sanki Castin yuxudan oyanır və təxmini 10 dəfə eyni sözü
təkrarlayır: "Onun barədə bir daha mənə sual verməyin". Videonun
2:30 dəqiqələrində həmin kadrları izləmək
olar.
Paparazzilər bildirirlər ki, hər iki tərəf üçün
maraqsız və sıxıcı keçən müsahibədə C.Biber mühafisəçisinin onun
üstünə hucum etdiyini və silah ilə hədələdiyini bildirib. Həmin
video görüntünü sizə təqdim edirik.