Şakira yeni klipini təqdim edib (VİDEO, FOTO)

26 Mart 2014 16:34 (UTC+04:00)
Kalumbiyalı müğənni Şakira növbəti klipini izləyicilərinin ixtiyarına verib. 

 Movqe.az ans press-ə istinadən xəbər verir ki, 37 yaşlı sənətçi yeni "Empire" adlı mahnısına çəkdirdiyi video üçün əməlli-başlı təqdimat mərasimi keçirib. Diskindən sayca ikinci sinqlı olan mahnının klipində gəlinlik geyimi ilə kamera önünə keçib. Bundan əlavə olaraq Şakiranın qara cazibədar geyimdə olan kadrları klipə daha da maraqlı görüntü qatıb. Konsert proqramları və kliplərində səmimiliyini qoruyub saxlayan sənətçi bu dəfə də emosional hərəkətləri ilə ürəkləri fəth edib.

Qeyd edək ki, müğənni və model sosial şəbəkənin istifadəçiləri tərəfindən sevilən sima seçilib. Həmkarlarından fərqli olaraq şəxsi səhifəsində ən çox "like" toplayan hesab edilib. Reytinqdə qalib olmağı üçün ifaçıya 86 milyondan artıq izləyici kömək olub. Nəticədə isə Şakira rəfiqəsi olan Rihannanın 84 milyonluq səs rekordunu təzələyib. İfaçının yeni klipini sizə təqdim edirik.