Gürcüstan ermənilərinə Rusiya Federasiyasının pasportları paylanılır

26 Mart 2014 18:00 (UTC+04:00)
Tiflisdə Rusiya Federasiyasının pasportları etnik ermənilərə paylanılır. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki , Tiflisdə keçmiş Rusiya səfirliyinin qarşısında Cavaxetiyadan gələn etnik ermənilər növbəyə düzülüb. Bu barədə Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiya bildirib. O qeyd edib ki, bu ermənilərə Rusiya Federasiyasının pasportları paylanılır. 

Konstantin Qamsaxurdiyanın sözlərinə görə, Gürcüstanda yaşayan etnik erməni əhalisinin əksəriyyəti artıq Rusiya pasportlarını alıb:

"Rusiya pasportlarının verilməsi haqqında informasiyanı konkret insanlar mənə veriblər. Mən onların adlarını çəkməyəcəm. Yeri gəlmişkən, bir neçə gün əvvəl mən bu sualı irəli sürdüm, ancaq buna diqqət edilmədi. Məndə olan informasiyaya görə, bizim xüsusi xidmət orqanlarımız çoxdan bu məsələni araşdırır".