Analiz: Kişilər çox bəzənmiş qadınları sevmirlər
26 Mart 2014 18:09 (UTC+04:00)
Benqor universitetinin araşdırmaçıları qadınlara
kosmetikadan çox istifadə etməyi məsləhət görmürlər.Movqe.az ans
press-ə istinadən xəbər verir ki, aparılan sorğuya əsasən,
qadınların həddindən artıq makiyajdan istifadəsi kişiləri onlardan
uzaqlaşdırır. Sorğuda iştirak edən kişilər həfif makiyajlı
qadınlara üstünlük verdiklərini bildiriblər.
Ümumiyyətlə onlar kosmetik vasitələrdən 40% az
istifadə edənlərə üstünlük verirlər. Psixoloqlar kişilərin sosial
şəbəkələrdəki makiyazsız qadın fotolarına verdikləri reaksiyalara
görə bu qənaətə gəliblər.
Əslində isə kişilərin diqqətini cəlb etməyə
çalışan qadınlar əksini düşünürlər. Onlar əsk cinsin fərqli
düşündüyünü hesab edirlər. Alimlərin gəldiyi qənaətə görə,
qadınların 80%-i öz xarici görünüşlərindən o dərəcədə narahatdırlar
ki, yeni sevgilinin qarşısına makiyajsız çıxmaq üçün minimum bir ay
gözləyirlər. 17% iki ay, 16% yarım il, 8% makiyajsız görünməyə
qərar vermək üçün tam bir il düşünürlər. 3% isə heç vaxt makiyajsız
simalarını heç vaxt sevdiyi kişiyə göstərmirlər.
Hətta hər üç qadından biri azacıq da olsa üzünə əl
gəzdirmək məqsədilə yuxudan sevgililərindən tez oyanırlar. 60%
qadın isə yeni sevgilisi ilə yatağa girdikdə ümumiyyətlə
üzlərindəki kosmetikanı yumurlar. 20% qadın isə kavalerlə keçirdiyi
ilk gecədə makiyajı yeniləyir.
58% qadın ümumiyyətlə makiyajsız görünməkdən
qorxur. Bu qadınlar kosmetikanın onları gözəlləşdirdiyinə
inanırlar. 28% daha aşağı dəyərləndiriləcəyindən şikayətlənirlər.
12% partnyorun onun əvvəlki kimi sevməyəcəyindən qorxur, 2%
ümumiyyətlə münasibətlərinin davam etməyəcəyini hesab edir.