Bakının ən böyük əyləncə mərkəzində nələr baş verir?

26 Mart 2014 18:19 (UTC+04:00)
Bakının ən böyük əyləncə mərkəzlərindən birinin həyətində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ans press-ə verilən məlumata görə, məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub.  Yanğın hadisəsi Megafun əyləncə mərkəzinin yerləşdiyi Yeni Həyat Yaşayış Kompleksinin həyətində baş verib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər ərazidəki kol-kosun yandığını görüblər. Alovun qarşısı alınıb.  Hadisə nəticəsində heç kim xəsarət almayıb.