Megafun yanğınla bağlı məlumat yaydı

26 Mart 2014 19:02 (UTC+04:00)
Megafun əyləncə mərkəzi bu gün baş vermiş yanğınla bağlı məlumat yayıb. Movqe.az ans press-ə istinadən bildirir ki , yanğın əyləncə mərkəzinin ərazisində olmayıb. 

"Megafun-a aid olmayan restoranların birinin kiçik manqalında alovlanma baş verib. Alov FHN-nin əməkdaşları əraziyə gələnədək restoran əməkdaşları tərəfindən söndürülüb. Nəzərinizə çatdıraq ki, Megafun əyləncə mərkəzinə bununla bağlı heç bir zərər dəyməyib. Megafun öz fəaliyyətinə davam edir . Hər zaman Sizi və ailənizi görməyə şad olacağıq".