Naomi erməni porno ulduzunu ələ saldı (VİDEO)

26 Mart 2014 19:05 (UTC+04:00)
Məşhur britaniyalı top model Naomi Kempbel erməni porno ulduzu Kim Kardaşyanın "Vogue" jurnalının üz qabığına çıxmasına maraqlı reaksiya verib. Movqe.az ans press-ə istinadən bildirir ki, 43 yaşlı cazibədar Kardaşyanın bu addımını sadəcə gülünc adlandırıb. Model bu barədə Kayli Cillisin aparıcılığı ilə efirə gedən səhər proqramında bildirib. Aparıcı Naomiyə Kim və sevgilisi barədə suallar verib, model isə öz nöbvəsində bunları bildirib:

"Mən modeləm və 28 ildir bu biznesin içindəyəm. "Vogue" dərgisinin üz qabığına çıxmaqla sənətçilər kariyeralarında bir pillə irəli gedirlər. Bunun üçün çox əziyyət çəkmək və üzərində çalışmaq lazımdır". Daha sonra isə porno ulduzu ələ salıb və gülüb. Aparıcı isə "Sənin fikrincə cütlük "Vogue"un üz qabığına çıxmağa layiq deyillər?" sualını verdikdə, Naomi bunu cavablandırmamağı üstün tutub.

Qeyd edək ki, Kim Kardaşyan aprel ayında amerikanın ən məşhur jurnalı hesab edilən "Vogue"un siması olacaq. Ulduz bunun üçün bir neçə dəfə dərginin təsisçilərinə müraciət etsə də istəyi rədd edilmişdi. Ölkənin bir çox peşəkar fotoqrafları hal-hazırda da onunla əməkdaşlıq etməkdən imtina edirlər.